XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2018 - 20:54

Qırğızıstan Özbəkistana nota verib- Bu səbəbdən

Qırğızıstan Özbəkistanla sərhəddə baş vermiş hadisə ilə əlaqədar özbək səfirə nota təqdim edib.

Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Qırğızıstan vətəndaşının Özbəkistanla sərhəddə güllələnməsi ilə əlaqədar Özbəkistan səfiri Qırğızıstanın Xarici İşlər Nazirliyinə çağrılaraq, hadisə barəsində məlumatlandırılıb və ona nota təqdim olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Qırğızıstan sərhədçiləri Özbəkistanla sərhəddə öz vətəndaşlarının digər tərəfin sərhədçiləri tərəfində odlu silahla vurulduğunu bildirib. Vurulan şəxsin həmin an Qırğızıstan ərazisində olduğu bildirilir. Həmin şəxs xəstəxanada vəfat edib/Modern.az.