XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2018 - 17:47

Almaniyanın Ankaradakı səfiri məyusdur:"İncirlikdən əsgərlərimizin köçürülməsi bizə baha başa gəldi"

“Almaniya əsgərlərinin İncirlik hərbi bazasından İordaniyaya köçürülməsi bizə mənfi təsir göstərdi”.

Bu sözləri Almaniyanın Ankaradakı səfiri Martin Erdmann deyib.

“İŞİD-lə mübarizə çərçivəsində İncirlikdə yerləşdirilən birləşmələrin köçürülməsi bizə baha başa gəldi. Almaniya-Türkiyə münasibətləri normallaşdırılacağı halda, İncirlik yenidən qazanıla bilməyəcək”, – səfir bildirib.

Qeyd edək ki, FETÖ istintaqı çərçivəsində axtarışda olan şəxsləri Ankaraya təhvil verməyən Berlin İncirlik hərbi bazasına millət vəkillərinin səfərini təşkil etmək istəsə də rəsmi Ankara buna icazə verməmişdi. Buna cavab olaraq Almaniya İncirlik bazasındakı hərbi kontingentini çıxarmışdı/Axar.az.