“Türkiyə artıq formal deyil, real müharibənin içindədir”.
Bu sözləri Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayraq deyib.
“Afrində görürsünüz. Elə deyilmi? Biz sadəcə 3-5 ədəd terror qrupu ilə savaşmırıq. Onların arxasında kimlərin olduğunu bilirsiniz. Savaşdığımız bu qruplaşmalarla eyni mövqedə olan partiya və təşkilatları da görürsünüz. Bunları izah etmək lazımdır. Bu, ölüm-qalım mübarizəsidir” – deyə nazir bildirib/Axar.az.