XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

09 Aprel 2018 - 11:49

Ermənistanın yeni prezidenti bu gün and içəcək –Parlamentdə

 

Bu gün – aprelin 9-da Ermənistan prezidenti Armen Sərkisyan parlamentin xüsusi iclasında and içəcək.

Ölkənin Britaniyada keçmiş səfiri, 64 yaşlı Sərkisyan martın 2-də deputatlar tərəfindən daha yeddi illiyə seçilib. Ondan öncəki prezident Serj Sərkisyan idi. (qohumluq bağları yoxdur).

Müxalifət liderləri Serj Sərkisyanın baş nazir postuna keçməyə çalışmaqda, hakimiyyəti əlində saxlamağa çalışmaqda suçlayır. Baş nazir postuna səsvermə aprelin 17-də keçiriləcək.

2015-ci il dekabr referendumundan sonra Ermənistanda yarı prezidentlik üsul-idarəsindən parlament respublikasına keçilib. Sonucda prezidentin veto qoymaq səlahiyyəti alınıb və o, ümumxalq səsverməsində deyil, hər yeddi ildən bir parlament tərəfindən seçilən protokol vəzifəyə çevrilib.

Konstitusiya islahatları prezidentlik postuna bir dönəmdən artıq seçilməyi də qadağan edir. (Azadlıq radiosu)