XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

09 Aprel 2018 - 14:34

Lavrov:"Türkiyə Afrini Suriya hökumətinin nəzarətinə qaytarmalıdır"

 

“Afrində vəziyyəti normallaşdırmaq üçün ən sadə üsul onu Suriya hökumətinin nəzarətinə qaytarmaqdır”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. S.Lavrov xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Türkiyənin Afrini işğal etmək istədiyini söyləməyib: “Afrində indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır”.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-də Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri terrorçulardan alınıb və bununla da əməliyyatın əsas mərhələsi başa çatıb.