XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2018 - 16:55

İsrailin hərbi təyyarələri Suriyanın hərbi hava bazasına hücum edib

 

Suriya və Rusiyanın bildirdiyinə görə, İsrailin iki hərbi təyyarəsi bu gün səhər tezdən Livanın hava məkanından Suriyanın hərbi hava bazasına hücum edib.

İsrail ordusu Homs vilayətindəki T4 bazasına hücumla bağlı heç bir açıqlama verməyib. Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu İran hərbiçiləri də daxil olmaqla, 14 nəfərin öldüyünü bildirib.

Fevral ayında İsrail İranı hərbi qüvvələrini eyni ərazidən istifadə edərək, İsrail ərazisinə pilotsuz təyyarə göndərməkdə ittiham etmişdi. İsrail Suriyanın havadan müdafiə qüvvələrinə və İranın hərbi hədəflərinə cavab hücumları həyata keçirib. Beləliklə, İsrailin baş naziri Benyamin Netanyahu “bizə zərər verənə biz də zərər verəcəyik ” vədini yerinə yetirmiş olub. Hadisədən dərhal sonra Suriya mediası hücumda Birləşmiş Ştatları günahladırıb ki, Fransa və ABŞ bu ittihamı rədd edib.

Bazar günü Suriyadakı Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan şəhərdə kimyəvi hücum nəticəsində azı 40 nəfərin öldüyü bildirilsə də, Suriya hökuməti bu iddiaları rədd edib. (Amerikanın Səsi)