XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 10:52

Rusiyada bağçalar bağlandı- Radon qazı təhlükəsi

Rusiyanın şərq vilayətlərində radon qazı təhlükəsi səbəbi ilə iki bağça bağlanıb.

Trend-in məlumatına görə, Vladivostokda yerləşən 36 və 37 saylı bağçalar işləmir.

 

Buna səbəb 36 saylı bağçadan gələn şikayət olub. Valideynlər uşaqların saçının qəfil tökülməsi ilə bağlı narazılıq ediblər.

Qeyd edək ki, radon – iysiz və rəngsiz radioaktiv qazdır, həyat üçün təhlükədir. Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikincidir.