XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 11:16

2016-cı ildə İtaliya Aİ-də ən çox vətəndaşlıq verənölkə olub

2016-cı ildə təxminən 1 milyon nəfər Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlığını qəbul edib. Onlar arasında İtaliya ən çox vətəndaşlıq verən ölkə olub.

Azərtac ANSA agentliyinə istinadən xəbər verir ki, 2016-cı ildə 201 min 591 nəfər İtaliya vətəndaşlığı alıb. Bu göstərici ilə İtaliya İspaniya (150 min 944 nəfər) və İngiltərəni (149 min 372 nəfər) geridə qoyub.

Qeyd edilir ki, İtaliya vətəndaşlığı alanların 18,3 faizi Albaniyadan, 17,5 faizi Mərakeşdən, 6,4 faizi isə Rumıniyadan olublar.

2016-cı ildə ümumilikdə 995 min nəfər Avropa İttifaqına üzv ölkələrin vətəndaşlığını qəbul edib. Qeyd edək ki, bu göstərici 2015-ci ildə 841 min, 2014-cü ildə isə 889 min nəfər təşkil edib.