XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 11:53

“The New York Times”:"Trampa Suriyaya bir neçə hədəfə kütləvi zərbələr endirilməsi tövsiyə edilib"

ABŞ Prezidenti Donald Trampa Duma şəhərində kimyəvi silahdan mümkün istifadənin cavabında Suriyaya qarşı güc tətbiq edilməsi üzrə bir neçə variant təqdim edilib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” Ağ evdəki mənbələrə istinadən yazıb.

Bu variantlar bir gündən artıq müddətdə bir çox hədəflərə raket zərbələri endirilməsini nəzərdə tutur.

Ağ evdəki mənbənin məlumatına görə, D.Tramp müşavirləri ilə birlikdə dünən Suriyaya keçən il Homsdakı hərbi aerodroma endirilən zərbələrdən daha sərt zərbə vurmaq planlarını nəzərdən keçirib.

Ağ evdə hesab edirlər ki, bu dəfə də eyni addımlar atılarsa, bu, Dəməşqə lazımi təsir göstərməyəcək. Buna görə də ABŞ-ın atılacaq addımlar üzrə variantları daha geniş və uzunmüddətli əməliyyat ssenarisini nəzərdə tutur.

Eyni zamanda “Associated Press” adı açıqlanmayan amerikalı məmurlara istinadən xəbər verib ki, ABŞ, Fransa və Böyük Britaniya bu həftənin sonuna qədər Suriyaya zərbə endirilməsi üzrə genişləndirilmiş məsləhətləşmələr aparıb, amma üç ölkənin liderlərindən heç biri qəti qərar verməyib.