Əlcəzairdə “İl-76TD” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 181 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Mülki Müdafiə İdarəsindən bildiriblər.
Ölənlərin 26-sı Əlcəzair POLİSARİO Cəbhəsinin üzvləridir. Onlar Qərbi Saxaranın müstəqilliy uğrunda mübarizə aparırlar. Bu ərazini Mərakeş özünün ayrılmaz tərkib hissəsi sayır.