XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2018 - 18:07

ABŞ prezidenti:“İndi Rusiya ilə münasibətlərimiz soyuq müharibə illərindəkindən də pisdir”

“İndi Rusiya ilə münasibətlərimiz hətta soyuq müharibə illərindəkindən də pisdir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Rusiya ilə bağlı “Twitter” səhifəsində bir gündə yazdığı ikinci mesajında bildirib.

O vurğulayıb ki, amma belə bir vəziyyətin yaranması üçün heç bir əsas yoxdur: “Rusiya iqtisadiyyatının bizim köməyimizə ehtiyacı var. Bunu etmək çox asandır. Bizə bütövlükdə ölkələrimizin birlikdə işləməsi lazımdır. Bəlkə, silahlanmanı dayandıraq?”.