XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2018 - 19:11

Rusiyalı deputatlar Donald Trampı beynəlxalqməhkəməyə verə bilərlər

Rusiyalı deputatlar ABŞ prezidenti Donald Trampı beynəlxalq məhkəməyə verə bilərlər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu təklif Dövlət Dumasının iclasında səslənib.

Dumanın Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Yuri Şvytkin deyib ki, D.Tramp Suriyaya raket zərbələri endiriləcəyi barədə bəyanat verib. Onun fikrincə, bu isə ABŞ prezidentinə qarşı Beynəlxalq Cinayətlər üzrə Məhkəmədə iddia qaldırmaq üçün kifayətdi: “Hesab edirəm ki, proses buna doğru gedir. Düşünürəm ki, görüləcək tədbirlərdən biri onu beynəlxalq məhkəməyə vermək olardı. Çünki sübut olmadan ittiham etmək, hücumla hədələmək cinayətidir. Bu eyni zamanda insanlığa qarşı cinayətdir”.