XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 10:44

Əfqanıstanda “Taliban” dövlət binasına hücum edib –Qubernator və 15 polis öldürülüb

“Taliban” silahlıları Əfqanıstanın mərkəzində yerləşən Xoca-Ğməri dairəsində dövlət binasına hücum ediblər.

“Associated Press” xəbər verir ki, hücum nəticəsində 18 nəfər öldürülüb.

Onlardan 3 yerli dövlət məmuru, 15-i isə polis əməkdaşıdır. Öldürülənlər arasında dairənin qubernatoru, Kəşfiyyat Xidmətinin yerli idarəsinin rəisi və polis rəisinin müavini də var.

Yerli hakimiyyətin nümayəndələri bildiriblər ki, təhlükəsizlik qüvvələri dövlət binasına hücum edən 25 silahlını zərərsizləşdirib/Report.