XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 13:10

Yuliya Skripal Rusiyanın kömək təklifindən imtina edib:“İstəmirəm”

 

Ötən ay atası, keçmiş Rusiya casusu Sergey Skripalla birlikdə İngiltərədə zəhərlənmiş Yuliya Skripal Rusiyadan heç bir kömək istəmədəyini bəyan edib.

Yuliya Skripal və onun 66 yaşlı atası cənubi İngiltərənin Solsberi şəhərində kimyəvi maddə ilə zəhərlənməyə məruz qaldıqdan sonra martın 4-də huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilmişdilər.

Aprelin 11-də Britaniya Bələdiyyə Polisi tərəfindən yayınlanmış bəyanatında Yuliya Skripal bildirib ki, o Rusiya səfirliyindən ona edilmiş kömək təklifindən xəbərdardır.

Bəyanatda daha sonra deyilir: “Hazırda mən onların xidmətindən yararlanmaq istəmirəm, lakin əgər gələckdə fikrimi dəyişsəm, onlarla necə əlaqə saxlamalı olduğumu bilirəm. Mən sağ-salamatam və vaxt keçdikcə özümü daha yaxşı hiss edirəm”.

Yuliya Skripal xəstəxanadan aprelin 10-da buraxılıb. Rusiyanın Londondakı səfirliyi isə Britaniya polisinin açıqladığı bəyanatın doğrudan da Skripala məxsus olub-olmadığını sual edib.

“Yuliya və Sergei Skripallarla görüşməkdə israr edirik. Onların ətrafında yaranmış durum daha çox məcburi saxlama, yaxud həbsə bənzəyir”, – səfirlik bəyanatında deyib.

Yulia Skripal isə atasının “hələ də ağır xəstə” olduğunu, özünün isə “bizə qarşı istifadə olunmuş sinir qazının təsirindən əziyyət çəkdiyini” bildirib. (Azadlıq radiosu)