XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 16:53

“Mayk Pompeo gözəl dövlət katibi olacaq” –Tramp

ABŞ prezidenti Donald Tramp dövlət katibi postuna namizəd kimi irəli sürülən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Mayk Pompeoya uğurlar arzulayıb.

Bu barədə Donald Tramp “Twitter”dəki səhifəsində yazıb.

“Mayk Pompeoya təyinatı ilə bağlı bugünkü dinləmələrdə uğurlar arzulayıram. O, gözəl dövlət katibi olacaq”, – D.Tramp yazıb.

Xatırladaq ki, Mayk Pompeo ABŞ-ın dövlət katibi vəzifəsində “ExxonMobil” neft şirkətinin keçmiş icraçı direktoru Reks Tillersonu əvəz etməlidir. Mart ayında D.Tramp M.Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini ABŞ Senatına təsdiq edilməsi üçün təqdim edib/Report.