XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

13 Aprel 2018 - 15:58

Tramp və Britaniyanın baş naziri Suriyaya qarşı cavab tədbirlərini müzakirə ediblər

ABŞ prezidenti Donald Trampla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, bu barədə Ağ ev yazılı açıqlama yayıb. Prezident və baş nazir Suriyada kimyəvi silahdan istifadə edilməsi və buna veriləcək cavabı müzakirə ediblər. Donald Tramp Fransa prezdenti Emmanuel Makronla da eyni mövzunu telefonla müzakirə edib.

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp isə bu hava zərbəsinin cavabsız qalmayacağını bildimişdi.