XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

13 Aprel 2018 - 16:18

Almaniya XİN rəhbəri:"Rusiya Əsədi qoruyur, buna daha dözə bilmərik”

 

“Rusiya Bəşər Əsədi qoruyur. Buna daha dözüm göstərə bilmərik. Rusiya üzərində siyasi təzyiqi artırmalıyıq”.

APA-nın “Sputnik İnternational”a  istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Heiko Maas deyib.

“Ukrayna, Suriya və Solsberidə yaşananlara baxanda bu hadisələrin açıq şəkildə Rusiya ilə əlaqəli olduğunu görürsünüz. Eyni zamanda, Qərbdəki demokratik seçkilərə müdaxilədə Rusiyanın əli var. Rusiya siyasətini dəyişdirməlidir, əks təqdirdə, Suriya problemi həll olunmaz”, – deyə nazir vurğulayıb. Maas Əsəd rejiminin Dumada 78 vətəndaşın ölümünə səbəb olan kimyəvi hücumu ilə əlaqəli ingilis və fransız müttəfiqləri ilə əməkdaşlıq etdiklərini və Fransanın mövqeyini dəstəklədiklərini bildirib. Suriyada kimyəvi hücumu törədənlərin hesab verməli odluqlarına diqqət çəkən nazir kimyəvi silahlardan təkrar-təkrar qanunsuz istifadənin cavabsız qalmamalı olduğunu söyləyib.