XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2018 - 22:15

Yerevanda Serj Sarkisyana qarşı mitinq keçirilir –FOTO

 

Yerevanın mərkəzində, “Azadlıq” meydanında Serj Sarkisyana qarşı mitinq keçirilir

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, mitinq “Vətəndaş Müqaviləsi” partiyası tərəfindən təşkil olunub. Aksiya Serj Sərksyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraq təşkil edilib.

Partiya üzvləri martın 31-dən etibarən Ermənistanın şəhərlərində yürüş keçirirlər. Müxalifətçilər bəyan ediblər ki, aprel 17-də parlamentin binasını mühasirəyə alaraq deputatlara Serj Sərkisyanın baş nazir postuna səsvermədə iştirak etməyə imkan verməyəcəklər.