XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2018 - 14:23

Türkiyə Silahlı Qüvvələri 67 terrorçunu zərərsizləşdirib- Son bir həftədə

Türkiyə Silahlı Qüvvələri ötən bir həftədə Türkiyə və İraqın şimalında aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aprelin 7-13-ü tarixində Tunceli, Diyarbəkir, Şırnak və İraqın şimalındakı əməliyyatlarda 67 terrorçu zərərsizləşdirilib.

Məlumatda qeyd edilib ki, “Zeytin Dalı” hərəkatı başlayandan bu günə qədər 4157 terrorçu zərərsizləşdirilib.