XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 14:33

Merkel:"Almaniya ABŞ-ın Suriyadakı addımlarını dəstəkləyir"

Berlin ABŞ, Fransa və Böyük Britaniyanın Suriyadakı addımlarını alqışlayır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.

“BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi, amerikalı, ingilis və fransız müttəfiqlərimizin bu formada üzərilərinə məsuliyyət götürmələrini alqışlayırıq. Hərbi zərbələr kimyəvi silahdan istifadəyə beynəlxalq boykotun səmərəliliyini dəstəkləmək və Suriya rejiminin bir daha belə fəlakətlər törətməməsi üçün zəruri idi”, – kanslerin bəyanatında vurğulanıb.

Eyni zamanda Almaniyanın xarici işlər naziri Hayko Maas ölkəsinin Suriyadakı hərbi əməliyyatlarda iştirak etmək niyyətində olmadığını bildirib.