XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 16:08

BMT baş katibi ABŞ-ın Suriyaya raket zərbələri endirməsinəmünasibət bildirib

BMT baş katibi Antoniu Quterriş ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbələr endirməsini şərh edib. O, BMT Nizamnaməsinə uyğun hərəkət etməyin vacib olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə onun bəyanatında deyilir.

“ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbələr endirməsi ilə bağlı xəbərləri diqqətlə izləmişəm. Xüsusilə sülh və təhlükəsizlikdən söhbət gedərkən öhdəlikləri, BMT Nizamnaməsinə və ümumilikdə beynəlxalq hüquqa uyğun hərəkət etmək zəruriliyini unutmaq olmaz”, – A.Quterriş qeyd edib.

Təşkilatın baş katibi üç ölkənin addımlarını qınamayaraq yalnız BMT Təhlükəsizlik Şurasının üzərinə sülhün qorunması üzrə məsuliyyət düşdüyünü vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silahdan istifadə iddiasına cavab olaraq Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.