XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2018 - 18:49

Pentaqon Trampın Suriyanı bombardman etmək barədə əmrinəaydınlıq gətirib

Konqresdə bu məsələyə narazılıqların olmasına baxmayaraq, ABŞ prezidenti Donald Trampın Suriyanı bombardman etmək barədə əmri vermək üçün bütün səlahiyyətləri vardı.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyində keçirilən brifinqdə bildirilib.

Brifinqdə həmçinin qeyd edilib ki, zərbələrə baxmayaraq, ABŞ Suriya ilə bağlı məqsədlərini dəyişməyib. Birləşmiş Ştatlar əvvəlki kimi terrorçuluqla mübarizə aparmaq niyyətindədir.

Pentaqonda həmçinin vurğulayıblar ki, zərbələr ABŞ-ın Suriyadakı rejimi dəyişməyə çalışması anlamına gəlmir.