XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2018 - 19:18

Ermənistan müxalifəti İctimai Radionu ələ keçirib

Ermənistanın əsas radiosu müxalifət qüvvələri tərəfindən ələ keçirilərək 1926-cı ildən ilk dəfə yayımını dayandırıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, müxalifət nümayəndələri radionun binasına daxil olandan sonra yayım kəsilib.

Radionun binasına elektrik enerjisinin verilişi kəsilib. Rəqəmsal və respublika daxili FM şəbəkəsi formatında efir yayımı bir saatdan artıq dayanıb. Müxalifət nümayəndələri radionun binasını tərk etdikdən sonra rəqəmsal formatda efir bərpa olunub.