XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 20:04

“Bu rejim getməlidir”- Çavuşoğlu

“İndiyə qədər çoxdan müdaxilə edilməliydi”.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ, Britaniya və Fransanın Suriyada həyata keçirdiyi hərbi əməliyyata münasibət bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu bildirib ki, bütün anlaşmalara, Rusiya və İranın təminatçı olmalarına baxmayaraq, Şərqi Qutada on minlərlə insan Suriya rejimi tərəfindən öldürülüb: “Müdaxilə rejimə qarşıdır. Bu rejim Suriyanın başında qalmamalıdır, yoxda məsələ böyüyəcək”.