XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 22:45

Dəməşq sakinləri Əsədə dəstək məqsədilə küçələrə çıxıblar- VİDEO

Dəməşq sakinləri ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya aviazərbələr endirməsindən sonra küçələrə çıxıblar.

“Report” RT-yə istinadən xəbər verir ki, suriyalılar ölkə bayraqları ilə əvvəlcədən planlaşdırılmayan mitinq təşkil ediblər.

Onlar əllərində bayraqlarla Suriya ordusuna, hökumətə və Bəşşar Əsədə dəstək şüarları səsləndirirlər.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silahdan istifadə iddiasına cavab olaraq Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.