XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 20:15

Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası başlayıb- Suriya ilə bağlı

Rusiyanın təşəbbüsü ilə ABŞ və müttəfiqlərinin Suriyadakı addımlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclası başlayıb.

“Report” xəbər verir ki, iclasda ABŞ, Fransa və Britaniyanın Suriyaya raket zərbələri endirməsi müzakirə ediləcək.

Rusiya bu addımı pisləyib. Bu ölkənin dövlət başçısı Vladimir Putin ABŞ-ı və müttəfiqlərini Suriyaya beynəlxalq hüquq normalarını pozaraq hücum etməkdə ittiham edib. Vladimir Putin vurğulayıb ki, zərbələr BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan və Təşkilatın Nizamnaməsi pozulmaqla endirilib. O, baş verənləri terrorizmə qarşı mübarizənin ön planda olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb.