XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 20:20

Misir Suriyada vəziyyətin eskalasiyasına görənarahatlığını ifadə edir

Misir Ərəb Respublikası Suriya ərazisində indiki hərbi eskalasiya ilə əlaqədar dərin narahatlığını ifadə edərək bildirib ki, belə vəziyyət qardaş Suriya xalqının təhlükəsizliyinə mənfi təsir göstərir, ölkədə gərginliyin azaldılması ilə bağlı daha əvvəl əldə olunmuş anlaşmalara təhlükədir.

Azərtac xəbər verir ki, Misir XİN-in rəsmi bəyanatında beynəlxalq miqyasda qadağan edilmiş hər hansı silah növünün Suriya torpağında tətbiqinin əsla yolverilməz olduğu təsdiqlənir, beynəlxalq səviyyədə beynəlxalq mexanizm və normalara uyğun şəffaf araşdırma aparılması tələbi irəli sürülür.

Misir sabitlik və təhlükəsizlik şəraitində yaşamaq, böhranın siyasi yolla həlli vasitəsilə öz milli potensialını və ərazi bütövlüyünü qoruyub saxlamaq istəyən qardaş Suriya xalqı ilə həmrəy olduğunu ifadə edib.

Misir beynəlxalq birliyi və dünyanın aparıcı ölkələrini Suriya böhranının sülh yolu ilə nizamlanmasına görə məsuliyyəti öz üzərinə götürməyə, davam etməkdə olan silahlı münaqişədən zərər çəkmiş insanlara humanitar yardımın çatdırılmasına kömək etməyə çağırıb.