XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

15 Aprel 2018 - 12:44

Monteneqroda prezident seçkiləri keçirilir- Bu gün

Aprelin 15-də Monteneqroda prezident seçkiləri keçirilir.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, seçkilərdə biri qadın olmaqla yeddi namizəd mübarizə aparır. Ölkədə 532 min 599 seçici 1214 seçki məntəqəsində səs verir.

Bu, Monteneqronun çoxpartiyalı siyasi sistemə keçdiyi 1990-cı ildən sonra ölkədə təşkil olunan yeddinci prezident seçkisidir. Seçkilərdə Demokratik Sosialist Partiyasının (DPS) sədri, sabiq Baş nazir Milo Dukanoviç, Sosial Demokrat Partiyanın (SDP) sədr müavini Draqiniya Vuksanoviç, Həqiqi Monteneqro Partiyasının (PCG) sədri Marko Milaçiç, Ədalət və Sülh Partiyasının (SPP) sədri Hazbiya Kalaç, Serb Koalisiyasının namizədi Dobrilo Dedeiç, Pozitiv Monteneqro Partiyasının namizədi Mladen Boyaniç və müstəqil namizəd Vasiliye Miliçkoviç prezident olmaq üçün mübarizə aparırlar.

Yerli vaxtla saat 8:00-da başlayan səsvermə prosesi saat 21:00-da başa çatacaq.

Prezident seçkilərinin beş ildən bir keçirildiyi Monteneqroda bugünkü seçkidə ilk turda namizədlərdən biri 50 faizdən çox səs toplaya bilməsə, ən çox səs toplayan iki namizəd 14 gün sonra ikinci turda mübarizəni davam etdirəcək.

Monteneqroda 2003-cü, 2008-ci və 2013-cü illərdə keçirilən seçkilərdə qalib gələn hazırki Prezident Filip Vuyanoviçin səlahiyyətləri mayın 20-də başa çatacaq.