ABŞ-ın “United Launch Alliance” şirkəti kosmosa iki hərbi aparatla birlikdə ağır “Atlas V” raket daşıyıcısını buraxıb.
“Report” TASS-a istinadən xəbər verir ki, raket daşıyıcı Florida ştatındakı Kanaveral kosmodromundan buraxılıb.
“Atlas V” 2002-ci ildən indiyədək 77-ci kosmik cihazdır. Bu ilin martında “Atlas V” raket daşıyıcısı meteoroloji peyklə buraxılıb.
Yanvdarda isə “Atlas V” hərbi “GEO-4” peyki ilə buraxılıb. Cihaz hərbi raketlərin tətbiqi barədə məlumat ötürmək üçün nəzərdə tutulub.