XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

15 Aprel 2018 - 19:05

Səudiyyə kralı ABŞ səfirliyini Qüdsə köçürmə qərarına görə Trampı tənqid edib

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səud ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək barədə qərarına görə Amerika prezidenti Donald Trampı tənqid edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) zirvə toplantısındakı salamlama nitqində deyib.

Sammit bu gün Suriyadakı vəziyyətin gərginləşməsi fonunda Səudiyyənin Dəhran şəhərində keçirilir.

“Biz bir daha ABŞ administrasiyasının səfirliyin Qüdsə köçürülməsi barədə qərarını rədd edirik”, – deyə monarx bildirib.

Səudiyyə kralının sözlərinə görə, “Şərqi Qüds Fələstinin paytaxtıdır”.