XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

15 Aprel 2018 - 22:18

BMT sülhməramlılarının bazasına hücum olub- Malidə

Bu gün Malidə silahlılar BMT sülhməramlılarının bazasına hücum edib.

APA-nın məlumatına görə, bu barədə BMT-nin Malidə sülhyaratma əməliyyatının (MINUSMA) “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirilib.

BMT sülhməramlılarının Timbuktu şəhərindəki bazasına hücum bomba yüklü avtomobilin partladılması və minaatanlarla atəşdən sonra başlayıb. Silahlılarla sülhməramlılar arasında atışma olub. Nəticədə bir sülhməramlı ölüb, 10 sülhməramlı yaralanıb. Hazırda vəziyyət nəzarət altındadır.

“Reuters” agentliyi isə Mali hakimiyyətinə istinadən silahlıların Fransa hərbi bazasına da hücum etdiyi barədə məlumat yayıb.