XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 April 2018 - 16:01

Rusiya desant gəmisini Suriyaya göndərdi –Aralıq dənizində qarşıdurma təhlükəsi artır

Rusiya Hərbi Dəniz Qüvvələrinin Orsk desant gəmisi Aralıq dənizinə göndərilib.

Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Agentlik gəminin Suriyanın Tartus limanına göndərildiyini bildirib.

Gəmidə BTR-80 zirehli transportyorlarının, KAMAZ markalı yük maşınlarının, Tiqr zirehli avtomobillərinin olduğu vurğulanıb.

Qeyd edək ki, bu, Orskun Suriyaya cari ildə artıq dördüncü səfəridir/Axar.az.