XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2018 - 23:17

Ərdoğanla Almaniya kansleri arasında telefon danışığı olub –Suriya müzakirəsi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə Türkiyə lideri administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, dövlət rəsmiləri ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Danışıqlarda həmçinin Suriyada kimyəvi silahın tətbiqindən sonra ABŞ, Britaniya və Fransanın bu ölkədə keçirdiyi hərbi əməliyyatlara toxunulub. Liderlər Suriyanın ərazi bütövlüyünün toxunulmazlığını və bu ölkədə siyasi irəliləyişin nizamlanması prosesinin təminatına yönəldilmiş konkret addımların qısa zamanda qəbulu vacibliyini vurğulayıblar/Report.