XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2018 - 13:54

Müxalifət Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib –Küçə yürüşləri davam edir

Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib.

Trend-in məlumatına görə, mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.

N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir:

“Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq “məxməri inqilab”ının başladığını elan edirəm”.

Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir. İclasda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.