XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2018 - 17:35

Serj Sərkisyan Ermənistanın baş naziri seçildi –17 deputat əleyhinə səs verdi

 

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ölkənin baş naziri seçilib.

“News.am”ın verdiyi məlumata görə, səsvermə Ermənistan parlamentində keçirilən xüsusi iclas zamanı baş tutub. Açıq səsvermə zamanı onun lehinə 77, əleyhinə 17 deputat səs verib.

Qeyd edək ki, Ermənistanda baş nazir postuna səsvermə kütləvi etirazlar fonunda keçirilib. Hazırda parlamentin üzvü, “Mənim addımım” təşəbbüsünün lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda etiraz aksiyası keçirir.

Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.