XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2018 - 23:15

Türkiyədə fövqəladə vəziyyət uzadıldı

 

Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri baş nazirin müavini Bəkir Bozdağın bəyanatına istinadla məlumat yayıb.

 Daha öncə prezident Rəcəb Tayyip Ərdoğanın sədrliyilə baş tutan Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması tövsiyə edilib. Daha sonra hökumətin iclası keçirilib.

Sabah isə parlamentdə qərarın təstiqlənməsinə dair səsvermənin keçiriləcəyi gözlənilir.