XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2018 - 11:12

WSJ:"Netanyahu Suriyaya hücumu Trampla razılaşdırıb"

İsrailin Baş naziri Binyamin Netanyahu yalnız ABŞ Prezidenti Donald Trampın dəstəyini aldıqdan sonra aprelin 9-da Suriyanın Homs vilayətində aviabazaya zərbələr endirilməsinə dair əmr verib.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, B.Netanyahu Suriya bazasına İranın hava hücumundan müdafiə batareyasının gəlməsindən dərhal sonra hücum əmrini verib. Qeyd olunur ki, batareya hazırlıq vəziyyətinə gətirilməmiş məhv edilib. Mənbələr həmçinin xəbər verir ki, İsrail təyyarələri İran dronlarının olduğu anqarı da dağıdıb.