Çin hökuməti Xaynan adasına səfər edən rusiyalı turistlər üçün viza rejiminin ləğv edilməsi barədə qərar qəbul edib.
Trend-in məlumatına görə, imzalanan sənədə əsasən, qərar 2018-ci il mayın 1-dən qüvvəyə minəcək və 59 ölkəyə şamil olunacaq.
Qeyd olunur ki, 2017-ci ildə Xaynan adasını 284 min rusiyalı turist ziyarət edib.
Bu adaya səfər zamanı viza rejimi ləğv olunan ölkələr arasında Böyük Britaniya, Fransa, Ukrayna, İtaliya və Yunanıstan da var.