XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2018 - 13:48

Türkiyədə kütləvi zəhərlənmə- 167 şagird və müəllim xəstəxanalıq oldu

Türkiyənin Kütahya vilayətində məktəblərin birində kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, 167 nəfərin ürəkbulanma və qusma simptomları ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Onlardan 3 nəfərinin müəllim olduğu deyilir.

 

Hazırda xəstəxanaya yerəşdirilən şagird və müəllimlərin vəziyyəti normal olaraq qiymətləndirilir.

Zəhərlənmənin keyfiyyətsiz qida səbəbindən baş verməsi ehtimal edilir. Hadisə ilə bağlı cinayət işi açılıb.