XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2018 - 14:18

“Telegram”da İranın Ali liderinin rəsmi kanalı bağlanıb

İranın Ali lideri Ayətullah Əli Xameneinin “Telegram” mesencerindəki rəsmi kanalı bağlanıb.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

“Milli maraqların müdafiəsi və “Telegram” şəbəkəsindəki inhisara qarşı mübarizə məqsədi ilə İranın Ali liderinin bu şəbəkədəki işlərinin saxlanması və dərc edilməsi səhifəsi bu andan etibarən işləməyəcək”, – məlumatda deyilir.

Bununla yanaşı, “Telegram” istifadəçilərinə A.Xameneinin rəsmi bəyanatlarının İran istehsalı olan “Soroush” və “Gap” mesencerlərindən oxumağı təklif edir.