XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2018 - 15:35

Ərdoğanla Baxçalı arasında görüş başlayıb- Növbədənkənar prezident və parlament seçkiləri müzakirə olunur

Ankarada Prezident Administrasiyasında Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında görüş başlanıb.

Azərtac xəbər verir ki, görüşün əsas mövzusunu MHP sədrinin növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı təklifi təşkil edir.

Qeyd edək ki, AKP ilə MHP arasında seçkilərdə əməkdaşlığa dair seçki ittifaqı yaradılmasına dair razılıq mövcuddur. MHP sədri Dövlət Baxçalı aprelin 17-də partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında qarşıdakı prezident və parlament seçkilərinin 2018-ci il 26 avqust tarixinə keçirilməsi barədə çağırış edib.