XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2018 - 17:57

Türkiyənin keçmiş müdafiə naziri bıçaqlanıb- Vəziyyəti ağırdır

Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhan bıçaqlanıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə aprelin 18-də İstanbulun Sirkeci rayonunda baş verib.

Boğazından bıçaqlanan E.Vuralhanın vəziyyəti ağırdır.

Polis sabiq nazirə hücum edən Yüksel Karababanı saxlayıb.

Qeyd edək ki, E.Vuralhan 1987-il dekabırn 21-dən 1989-cu il martın 30-dək Turqut Özalın hökumətində müdafiə naziri vəzifəsini tutub.