Yerevanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etiraz aksiyalarının iştirakçıları bu gün axşam saatlarında daha bir mitinq keçirəcəklərini deyiblər.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu müxalif deputat, aksiyanın rəhbəri Nikol Paşinyan deyib.
N.Paşinyan bildirib ki, aksiyanın saat 19:00-da başlaması planlaşdırılır.
Xatırladaq ki, Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz olaraq Yerevanda və digər şəhərlərdə kütləvi aksiyalar aprelin 16-dan davam edir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.