“Əgər ABŞ kimyəvi silahın tətbiqi ilə əlaqədar hadisə təkrarlanarsa, Suriyaya yenidən aviazərbə endirə bilər”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys bildirib.
O qeyd edib ki, ABŞ-ın Suriyaya son zərbəsi qanuni idi: “Ümid edirəm ki, Bəşşar Əsəd bu siqnalları anladı. Əks halda, yeni aviazərbələr endirilə bilər”.