Türkiyənin keçmiş müdafiə naziri Mehmet Ercan Vuralhan xəstəxanada ölüb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə bir kafedə mübahisə zəminində baş verib.
Y.Karababa bıçaqla M.E.Vuralhanın boğazını kəsib. Sabiq nazir ağır vəziyyətdə Haseki Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.