XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 18:05

Koreyanın diktator lideri Putinlə görüşə gedir

Koreya Xalq Demokratik Respublikasının lideri Kim çen İnin Moskvaya Qələbə günü münasibətilə səfərinin şərəfinə hazırlıq prosesi gedir.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov söyləyib.

Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikasının liderinin gəlişinə hazırlığın son mərhələsi başa çatmaq üzrədir:

“Onun 9 May çərçivəsində Vladimir Putinlə ikitərəfli əlaqələrin planlaşdırılmasına dair görüşü barədə hər hansı məlumata sahib deyilik. Şimali Koreyadan gələn dostlarımızla birlikdə hazırlıq prosesi başa çatandan sonra artıq rəsmi şəkildə nəyisə elan edə bilərik”.

Qeyd edək ki, Peskov Şimali Koreya liderinin Moskvaya səfərinin nə vaxta qədər davam edəcəyi barədə hər hansı məlumata sahib olmadığını bildirib.