XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

20 Aprel 2018 - 10:34

“Nə Putin, nə də Tramp ABŞ-Rusiya hərbi qarşıdurmasına imkan verməyəcək” –Lavrovdan açıqlama

“Prezident Tramp və Putin, o cümlədən hər iki ölkənin hərbiçiləri hərbi qarşıdurmaya imkan verməyəcəklər”

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın XİN rəhbəri Sergey Lavrov RİA-ya müsahibəsində deyib.

“Hərbi qarşıdurma riski ilə bağlı məsələyə toxunarkən bildirirəm ki, nə ABŞ, nə də Rusiya prezidenti buna imkan verməyəcəklər. Onlar hər halda xalq tərəfindən seçilmiş liderlərdir və öz xalqları qarşısında sülh və sabitliyə cavabdehdirlər”.  

ABŞ və Rusiya arasında hərbi qarşıdurma ehtimalı Suriyanın Duma şəhərindəki kimyəvi hucum iddiası ilə bağlı ciddi fikir ayrılığı nəticəsində yaranıb.