XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2018 - 12:28

Yerevanda etiraz aksiyaları davam edir –Polis 37 iştirakçını saxlayıb

Ermənistan polisi Yerevanda etirazçıların daha bir qrupunu saxlayıb.

Trend-in məlumatına görə, bu dəfə 37 etirazçı saxlanılıb. Saxlanılanlar arasında etiraz aksiyalarının təşkilatçılarından olan David Sanasaryan da var ki, o, Respublika meydanında hərəkətin qarşısını almağa cəhd göstərib. Hazırda etirazlar Gülbekyan küçəsində davam edir.

Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var. Bu günə qədər 123 etirazçı saxlanılıb.