XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2018 - 18:31

Türkiyə parlamenti qərar verdi –Növbədənkənar prezident və parlament seçkiləri

Bu gün Türkiyə Böyük Millət Məclisində növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklif səsverməyə çıxarılıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, təklif parlamentdə 386 səslə qəbul edilib. Beləliklə, bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Təklifin müəllifləri Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasıdır.