XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

20 Aprel 2018 - 21:26

Yerevanda nümayişçilər müdafiə nazirinin avtomobilini mühasirəyə alıb –Maşını əziblər

 Yerevanda müxalifətçi Nikol Paşinyanın tərəfdarları Ermənistanın müdafiə naziri Viqen Sarkisyanın maşınının keçdiyi yolu bağlayıb, mühasirəyə alıb və onun getməsinə mane olublar.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Nazirlikdən bildirilib ki, aksiya iştirakçıları avtomobilə ziyan vurub, onu döyəcləyərək əziblər.

Qeyd edək ki, hazırda Yerevanda Serj Sarqsyanın baş nazir olmasına etiraz mitinqi keçirilir.